Nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcəyik – Ostin

Nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcəyik – Ostin

ABŞ Ukraynanın rus işğalçılarına qarşı apardığı qurtuluş müharibəsinə nə qədər lazımdırsa, dəstək verəcək.

AzerTimes xəbər verir ki, bunu Latviyada keçirdiyi brifinqdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Mən həftədə bir, bəzən həftədə iki dəfə müdafiə naziri Reznikovla əlaqə saxlayıram. Biz döyüşün necə inkişaf etdiyini, ukraynalıların nəyə ehtiyacı olduğunu və gələcəkdə bunun üçün nə lazım olduğunu müzakirə edirik”, – Pentaqon rəhbəri bildirib.

Teqlər: