Nə qədər ki, mən respublikanın prezidentiyəm, biz xarici və daxili siyasətimizin əsas məqsədlərini dəyişməyəcəyik.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə birgə mətbuat konfransında deyib.
“Bizim Avropa yolumuz və Avropa Serbiyasına sadiqliyimiz bizim tərəqqimizin açarıdır”, – Vuçiç qeyd edib.