Nə edək? Düşmənin bizi öldürməsinə göz yumaq?

Nə edək? Düşmənin bizi öldürməsinə göz yumaq?

Biz müharibənin bitdiyini çox gözəl bilirik. Bəs bundan ermənilərin xəbəri varmı?! Əgər xəbərləri olsaydı, bu gün Azərbaycan 50 şəhid verməzdi.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, əksər hərbçilərimiz kazarmada yatan zaman düşmən atəşinə məruz qalıb:

“Bu müharibədir! Ona görə də düşmən ayağa qalxan kimi başından vurmaq lazımdır. Vəssalam! Burada ayrı düşüncə ola bilməz. Bizim əsgərlərimiz də bu məntiqlə yaşayırlar. Biz gücümüz və səsimiz hara çatırsa, oralara qədər çatdıraq. Amma onlardan nəsə gözləmək əbəsdir. Nə gözləmək olar axı? Nə deyəcəklər guya? Lap nəsə desələr, bu, ermənilərin terrorunu dayandıra biləcək? Əlbəttə, yox!

Mən fikir verirəm, sosial şəbəkələrdə bəziləri hər şeyi səhv başa düşür. Elə danışırlar, elə bil, müharibəni biz aparırıq. Anlamırlar ki, bizim evimizə müharibəni ermənilər gətiriblər.

Ermənilər müharibənin bitdiyini düşünmür. İndi biz nə edək? Oturub onların bizi öldürməsinə göz yumaq? Onları gərək dəmir yumruqla elə başa salaq ki, bizə qarşı törətdikləri təxribatlar onlara daha da baha başa gəlsin. Bunun ayrı yolu yoxdur! Bu, dünya təcrübəsidir”.

Teqlər: