Nazirlikdən xaricə oxumağa gedənlərə – Xəbərdarlıq

Nazirlikdən xaricə oxumağa gedənlərə – Xəbərdarlıq

Elm və Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

AzerTimes xəbərdarlığın mətnini təqdim edir:

“Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, Dövlət Proqramları, eyni zamanda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir.

Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

Teqlər: