Nazirlikdən məktəbli qızın döyülməsi ilə bağlı açıqlama

Nazirlikdən məktəbli qızın döyülməsi ilə bağlı açıqlama

Təhsil Nazirliyi məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi ilə bağlı açıqlama yayıb.

AzerTimes xəbər verir ki, açıqlamada deyilir:

“Nazirlik Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aliyə Samir qızı Camalovanın döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.

Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir”.

Teqlər: