Nazirlikdən məktəbli formaları ilə bağlı açıqlama

Nazirlikdən məktəbli formaları ilə bağlı açıqlama

2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq.

AzerTimes xəbər verir ki, bunu Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib:

“Ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər Kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq”.

Elm və Təhsil Nazirliyindən bildiriblər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Yəni 3 il müddətinə həmin formalardan istifada ilə bağlı hansısa məhdudiyyət olmayacaq.

Teqlər: