Nazirlikdən erməni iddialarına cavab

Nazirlikdən erməni iddialarına cavab

Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur.

AzerTimes xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinliklər müşahidə olunmur.

Bu gün nazirliyin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün ermənidilli seqmentə məxsus bəzi sosial şəbəkələrdə bir neçə seçki məntəqəsində internetin verilişində problem yarandığına dair iddialar yayılıb.

Teqlər: