Xəbər - Samir Əli – Trend:
Eklolgiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar qəsəbəsində baş verən sürüşmə ərazisinə baxış keçirilib.
Bunu AzerTimes-a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhnəri Rafiq Həsənov deyib.
Qrup rəhbəri bildirib ki, ərazidə yanvarın 28-də baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş şürüşmə kütləsinin yerdəyişməsi olub:
“Bu, təbii amillərin, əsasən də yağışların təsirindən olub. Sürüşmə kütləsinin yerdəyişməsi ümumilikdə sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilmir. Bu, sadəcə dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsidir”.