Hər birimizin ailə qurmamışdan öncə genetik testdən keçməsi vacibdir.
AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.
Onun sözlərinə görə, bunun üçün yaşın heç bir fərqi yoxdur:
“Müəyyən edilmiş genetik test insandan ömründə yalnız bir dəfə götürülür və ikinci dəfə nə zamansa götürülməsinə ehtiyac olmur”.