Xəbər - Ceyhun Ələkbərov – Trend:
İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 314 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.
Bu barədə AzerTimes-a Mədəniyyət Nazirliyindən bildiriblər. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 125 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.
Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib.
Həmçinin, aparılan ilkin monitorinqlər zamanı 855 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 457-si kitabxana, 345-i klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.
Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.
Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.