Nazirlik SMS “yağdırır”: müavinətlər kəsilə bilər – Foto

Nazirlik SMS “yağdırır”: müavinətlər kəsilə bilər – Foto

Bir çox insana MAS sistemindən məşğulluqla bağlı yanlış SMS-lər gəlməkdədir.

Bu barədə AzerTimes əməkdaşı da mesaj alıb.

Mesajlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin məşqulluq altsistemi tərəfindən göndərilir. Mesajda bildirilir ki, 5 gün müddətində məşğulluq idarələrinə yaxınlaşmayan şəxslər işsiz kimi qeydiyatdan çıxarılacaq.

Məsələ burasındadır ki, SMS alan şəxslərin “xəbərdar edilən”lə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Nəticədə isə xəbərdar olunmalı adamlara mesajlar çatmır və onlar məşğulluq idarələrinə əlbəttə “yaxınlaşa” bilməyəcəklər. Bu isə onların işsiz kimi qeydiyyatdan çıxarılması deməkdir.

Maraqlıdır, qeydə alınan işsizlərin telefonu Məşğulluq Agentliyində yoxdurmu? Bu mesajları niyə Dövlət Məşğulluq Agentliyinə heç vaxt müraciət etməmiş şəxslər alırlar?

Qeyd edək ki, işsiz kimi qeydiyyatda olan insanlar “Məşğulluq haqqında” qanunla və Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il qərarı ilə təsdiq olunmuş “İşsizlik müavinətinin hesablanması və verilməsi qaydaları” əsasında müəyyən məbləğdə müavinət alırlar.

Teqlər: