Xəbər - Humay Ağacanova – Trend:
Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsi müzakirə edilir.
Trend xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.
O bildirib ki, hazırda Əfqanıstanda sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb:
“Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Bununla bağlı bizə dəqiq məlumat verilməyib. Ona görə də biz gözləmə mövqeyindəyik”.
Şöbə müdiri həmçinin qeyd edib ki, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.