Nazirlik qeyri-iş günləri ilə bağlı məlumat yaydı

Nazirlik qeyri-iş günləri ilə bağlı məlumat yaydı

Elm və Təhsil Nazirliyi qeyri-iş günləri ilə əlaqədar məktəblərin iş qrafikində edilən dəyişikliyə aydınlıq gətirib.

AzerTimes xəbər verir ki, nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

Teqlər: