Gənclər və İdman Nazirliyi Şağan idman arenasında qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Nazirliyin sosial şəbəkə hesabında bildirilib.
“Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”, – paylaşımda qeyd olunub.