Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilib.
Nazirlikdən AzerTimes-a bildirilib ki, qaydalara əsasən, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Test imtahanı iyulun 16-da Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 24 iyun 2023-cü il saat 15:00-dən 6 iyul 2023-cü il saat 17:00-dək aparılacaq.