Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları bu gün muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun püstə bağında “iməcilik” keçirib.
AzerTimes xəbər verir ki, bu barədə ekspert Heydər Oğuz yerli mənbələrinə istinadla məlumat yayıb.
Qeyd edək ki, Naxçıvanda “iməcilik ənənəsi” hələ də inzibati üsullarla saxlanılır. Bunun müsbət yönləri olsa da, məcburiliyi və yaxud “iməcilik” adı ilə insanların kiminsə şəxsi təsərrüfatında qarşılıqsız işlədilməsi ciddi qanun pozuntusudur və məsuliyyət yaradır.