Bu gün xalq artisti Ənvər Həsənovun səhhətinin yaxşı olmadığı və ailəsinin müalicəsi üçün maddi cəhətdən çətinlik çəkdikləri barədə mediada məlumat yayılıb.
Məsələ ilə bağlı AzerTimes-ın Mədəniyyət Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, bununla bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmayıb:
“Lakin məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək”.