Nazirlik bu layihə üçün 250 min ayırdı

Nazirlik bu layihə üçün 250 min ayırdı

İqtisaiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Qovlar Yem MMC-yə Tovuzda quş yemi istehsalı layihəsini həyata keçirmək üçün 250 min manat güzəştli kredit ayırıb.

AzerTimes xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.

“Layihənin reallaşdırılması bu sahədə yüksək olan idxaldan asılılığın azalmasına müsbət təsir edəcək”, – deyə o qeyd edib.

Teqlər: