Nazirlik bu bağçalara xəbərdarlıq etdi

Nazirlik bu bağçalara xəbərdarlıq etdi

Monitorinq zamanı birbaşa lisenziyaların şərtlərinə uyğun gəlməyən bağça aşkar olunmayıb.

AzerTimes xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

“Ancaq biz bilirik ki, bütün bağçalara gedə bilməmişik. Yəqin ki, belə bağçalar var. Aşkarlandıqca onlara xəbərdarlıqlar ediləcək. Çalışsınlar ki, qısa müddətdə standartlara uyğunlaşsınlar. Bu da baş vermədikdə onlara lisenziyanın verilməsinə təkrar baxıla bilər” – şöbə müdiri əlavə edib.

Teqlər: