Tarixi abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması tədbirləri davam edir. Memarlıq binalarının fasadlarının görkəmini korlayan reklam lövhələri sökülüb.
AzerTimes xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova Feysbuk hesabında paylaşım edib.
Qeyd edək ki, lövhəsi sökülən müəssisələrdən biri də Azərbaycanın tanınmış aktyoru Taleh Yüzbəyova məxsusdur.