Dövlət rəsmiləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, ziyarətə gələnlər arasında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, müdafiə naziri general-polkovnik Zakir Həsənov da var.
Onlar məzarlar üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.