Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.
AzerTimes xəbər verir ki, tədbir Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutur.
İclasda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva və başqaları iştirak edirlər.