Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərara dəyişiklik edib

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may
tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin
əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat,
profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi
məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli
151 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679,
683; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 iyul
tarixli 210 nömrəli, 26 iyul tarixli 229 nömrəli, 28 iyul tarixli 230 nömrəli,
2 avqust tarixli 231 nömrəli, 28 avqust tarixli 245 nömrəli, 3 sentyabr
tarixli 251 nömrəli və 24 sentyabr tarixli 280 nömrəli qərarları) aşağıdakı
məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilsin:
“2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının,
habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına
giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri
nəzərə alınmaqla icazə verilir:
2.5-7.1. Argentina Respublikası;
2
2.5-7.2. Avstraliya İttifaqı;
2.5-7.3. Braziliya Federativ Respublikası;
2.5-7.4. Bruney Darüssalam;
2.5-7.5. Cənubi Koreya Respublikası;
2.5-7.6. Çili Respublikası;
2.5-7.7. Ekvador Respublikası;
2.5-7.8. Kamboca Krallığı;
2.5-7.9. Kosta Rika Respublikası;
2.5-7.10. Kuba Respublikası;
2.5-7.11. Küveyt Dövləti;
2.5-7.12. Qazaxıstan Respublikası;
2.5-7.13. Maldiv Respublikası;
2.5-7.14. Meksika Birləşmiş Ştatları;
2.5-7.15. Mərakeş Krallığı;
2.5-7.16. Monqolustan;
2.5-7.17. Monteneqro;
2.5-7.18. Norveç Krallığı;
2.5-7.19. Oman Sultanlığı;
2.5-7.20. Panama Respublikası;
2.5-7.21. Salvador;
2.5-7.22. Uruqvay Şərq Respublikası;
2.5-7.23. Yeni Zelandiya.
2.6-1. Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı,
2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla)
COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19
infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş
şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.”.

Teqlər: