Nazirlər Kabineti tütün məhsullarının bahalaşmaması üçün qərar qəbul etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17
noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası,
idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının
dərəcələri”ndə dəyişiklik edilib.


Trend
xəbər verir ki, Qərar daxili bazarda yerli istehsalda
istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət
artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin
aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub
saxlanılması məqsədilə hazırlanıb.

Qərara əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının
2403 19 100 1 və 2403 19 900 1 alt yarımmövqeləri üzrə
təsnifləşdirilən istehsal məqsədli çəkməli tütünün 31.12.2023-cü il
tarixinədək spesifik idxal rüsumlarının tətbiqindən azad
ediləcək.

Belə ki, Qərarın qəbul edilməsi ilə yerli tütün emalı
sənayesinin istehsal məqsədli çəkməli tütünə olan tələbatının
ödənilməsi səviyyəsinin qorunub saxlanılması, sözügedən məhsulların
təminatında mümkün çətinliklərin və qiymət artımının qarşısının
alınması proqnozlaşdırılır.

Teqlər: