Nazirlər Kabineti bu qaydanı təsdiqlədi

Nazirlər Kabineti bu qaydanı təsdiqlədi

Ölkədə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydası təsdiq edilib.

Bu barədə AzerTimes-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərar Azərbaycan Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 3.12.22-1-ci bəndinə uyğun olaraq “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 17 avqust tarixli 1139 nömrəli Fərmanının 2,4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Qərarla təsdiq edilmiş “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nda aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatlaşdırılması üzrə tələblər, sertifikatların verilməsi, qüvvədəolma müddətlərinin uzadılması, dayandırılması və ləğv edilməsi qaydaları, əlaqəli hüquqi və təşkilati prosedurlar, həmçinin səlahiyyətli dövlət orqanlarının və müvafiq subyektlərin həmin məsələlərlə bağlı hüquq və vəzifələri müəyyən edilib.

Teqlər: