Nazirlər Kabineti beynəlxalq təşkilat və xarici dövlətlərə “Laçın dəhlizi”ndən hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı məktub göndərib

Nazirlər Kabineti “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq
hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı bir sıra təşkilat və
xarici dövlət orqanlarına məktub ünvanlayıb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini
tapıb.

“Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə
öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq
Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən,
təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli
addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi
məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası
adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə,
ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali
nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə
məktublar ünvanlanıb”, – deyə hesabatda qeyd olunub.

Teqlər: