Nazirin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm!

Nazirin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm!

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyi “dövlətdən müavinət alan 600 min uşağın olması səbəbindən uşaqpulunun verilməsi gündəmdə deyil” fikirlərini qəbul etmirəm. Biz bunu belə hesab etmirik. Müavinətlərin verildiyi strukturu bilmək istəyirik. 600 min uşağın hansı qrupa aid olmasını bilmək istərdik.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, uşaqpulu ilə bağlı məsələni mübahisələndirmək lazımdır və bunun üzərinə gedilməlidir:

“Nəzərə almaq lazımdır ki, uşaqpulu birbaşa ünvana çatan məbləğdir. 01.01.2021-ci il statistikasına baxsaq, ölkədə 1 milyon 228 min pensiyaçı var idisə, hazırda onların sayı 1 milyon 118 minə düşüb. Ölüm saylarına baxsaq, xoşagəlməz hallarla qarşılaşırıq. Koronavirus və digər xəstəliklərlə bağlı pensiyaçı sayında azalma oldu. Odur ki, pensiya yaşının azaldılması da gündəmdir”.

Teqlər: