Gədəbəyin Söyüdlü kəndində müayinələrin aparılması üçün bir neçə beynəlxalq şirkətin ölkəyə dəvət olunması üçün danışıqlar aparılır.
AzerTimes xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, iyulun sonunda müayinələrin aparılmasına başlanılacaq.