Nazirdən şad xəbər: 1200 nəfər işlə təmin ediləcək

Nazirdən şad xəbər: 1200 nəfər işlə təmin ediləcək

Azərbaycan və Özbəkistanın birgə müəssisəsi Azərmaş CP MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

AzerTimes xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında qeyd edib.

Nazir bildirib ki, bununla da rezidentlərin sayı 14-ə çatıb:

“Şirkət tərəfindən sənaye məhəlləsinin ərazisində investisiya həcmi 104 mln. olan minik avtomobillərinin istehsalı kompleksi yaradılacaq və 1200 nəfər işlə təmin ediləcək”.

Teqlər: