Bu gün biz hamımız “Qarabağ”dan qələbə gözləyirdik.
AzerTimes xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Feysbuk hesabında yazıb.
“Qarabağ”ın Bakıda Polşa “Rakuv”u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:
“Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram”.
Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan “Qarabağ” iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. “Köhlən atlar” turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.