Azərbaycanda 2023-cü İlin sonuna inflyasiyanın birrəqəmli olması gözlənilir.
AzerTimes xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ölkədə inflyasiyanın səviyyəsi hökuməti narahat edən bir məsələdir və bu barədə Prezidentin xüsusi tapşırıqları olub.
Nazir qeyd edib ki, cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir:
“Gələn il isə cari ilin nəticələri ilə müqayisədə inflyasiyanın yarıbayarı olması gözlənilir. Burda təxminən söhbət 5,3 %-lik inflyasiyadan gedir. Azərbaycanda inflyasiyanı yaradan faktorların böyük hissəsi xarici faktorlar idi. Hazırda xarici faktorlarda dəyişikliklər baş verir. O baxımdan idxal inflyasiyanın da enməsi nəticəsində bizdə bu proseslər artıq sabitləşəcək. Dövlət bu təsirlərin yumşaldılması istiqamətində, xüsusən də sosial sahədə bir sıra addım atıb”.