Nazirdən inanılmaz: Bu ölkənin iki xarici işlər naziri var!

Nazirdən inanılmaz: Bu ölkənin iki xarici işlər naziri var!

Moldovanı iki xarici işlər naziri təmsil edir. Onlardan biri Rumıniyanın XİN rəhbəri Boqdan Aureskudur.

AzerTimes xəbər verir ki, bu sözləri Moldovanın baş nazirinin müavini və XİN rəhbəri Niku Popesku deyib.

“Mən ictimaiyyətə açıq şəkildə dedim ki, Moldovanın iki xarici işlər naziri var: mən və Boqdan Auresku… Mən də hər iki diplomatik xidmətin dəstəyindən istifadə edirəm. Moldova və Rumıniyanın xarici işlər nazirliklərindən… Hər ikisi Moldovanın maraqları naminə çalışır”, – deyə nazir bildirib.

Popesku əlavə edib ki, bu məsələ hər iki ölkə tərəfindən razılaşdırılıb.

Teqlər: