Nazirdən göstəriş: Şəhidimizin qardaşı dəvət olundu

Nazirdən göstəriş: Şəhidimizin qardaşı dəvət olundu

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

“Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”, – nazirlikdən qeyd edilib.

Qeyd edək ki, şəhidimizin qardaşı ötən gün idmançı Kamil Zeynallı ilə görüşü zamanı qardaşı Səbuhi Əhmədovdan Komando sıralarına daxil olması üçün 6 min manat rüşvət istənildiyini açıqlayıb.

Teqlər: