Nazir yeni silahlarla bağlı tapşırıqlar verdi

Nazir yeni silahlarla bağlı tapşırıqlar verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 11-də keçirilən xidməti müşavirədə silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.

Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.

Teqlər: