Zəlzələdə dağılan binaların 96,69 faizi 1999-cu ildən öncə inşa edilənlərdir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murad Kurum deyib.
“Dövlətimiz ilk andan etibarən ərazidə idi. 524 min vətəndaş bölgədən təxliyə edildi. Zəlzələ zonasında inşa edilən yeni binalar 3-4 mərtəbədən artıq olmayacaq. Bundan sonrakı fəaliyyətimizi elmin və mədəniyyətin işığında həyata keçiririk. Vətəndaşlarımızı etibarlı evlərinə qovuşdurmaq üçün həyəcanla çalışırıq”, – deyə nazir bildirib.