Nazir təbrizli millət vəkillərindən qisas alır

Nazir təbrizli millət vəkillərindən qisas alır

İran parlamentinin 12-ci dövr seçkilərində diskvalifikasiya edilməyimin səbəbkarı daxili işlər naziri Əhməd Vahididir.

AzerTimes xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi “Setareye sobh” qəzetinə müsahibəsində deyib.

“Mən və bir sıra deputatlar daxili işlər naziri Əhməd Vahidini impiçment etmək niyyətində idik. Nazir icra şuralarında bizi diskvalifikasiya etməklə qisas alır”, – Əlirzabeygi bildirib.

Təbrizli nümayəndə ona göndərilən məktubda diskvalifikasiyasının səbəbi kimi “milli təhlükəsizliyə qarşı cinayət törətmək”də ittiham edildiyini deyib.

Qeyd edək ki, Təbrizin mümayəndələri olan Əhməd Əlirzabeygi, Məsud Pezeşkian və Əlirza Munadinin parlamentdə seçkilərə qatılmalarına maneçilik törədilir.

Bundan əvvəl Məsud Pezeşkian da mediaya müsahibəsində bunun acı nəticələri ilə bağlı hakimiyyətə xəbərdarlıq edib.

Teqlər: