Polis kapitanı Adil Səmədov Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinə rəis təyin edilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər bir əmri ilə polis kapitanı İlqar Nəcəfov Füzuli RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, İ.Nəcəfov şəhid Vüqar Nəcəfovun qardaşıdır.