Nazir Rəşad Nəbiyev Ucarda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 may
2022-ci il tarixində saat 10:00-da Ucar şəhərində yerləşən Heydər
Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153)
Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarının sakinlərini
qəbul edəcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə
qurumlarının rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə
vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o
cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində
əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları
dinləyəcək.

Qəbula yazılmaq üçün 12 may 2022-ci il tarixinə qədər Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron
poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290)
nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Kürdəmir,
Ucar, Göyçay, Ağdaş və Zərdab Telekommunikasiya Qovşaqlarına (050
833 03 40) müraciət edə bilərlər.

Teqlər: