Nazir Rəşad Nəbiyev Göyçayın GPON texnologiyası ilə təmin olunan kəndlərində olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev növbəti
vətəndaş qəbulu çərçivəsində Göyçay rayonunda 3 min nəfər əhalinin
yaşadığı Xəlitli, Yeniarx və Hacıağalıbəyli kəndlərində olub.

Nazir adı çəkilən kəndlərdə 910 ailə təsərrüfatının GPON
texnologiyası ilə internetlə təmin olunması ilə əlaqədar təşkil
olunmuş tədbirdə iştirak edib.

Həmçinin Xəlitli kəndində Xəlitli, Yeniarx və Hacıağalıbəyli
kəndləri üçün tikilən mərkəzi Optik Paylayıcı otağın nazir Rəşad
Nəbiyevin və 3 kəndin ictimaiyyət nümayəndələrinin iştirakı ilə
açılışı keçirilib.

Qeyd edək ki, otağın yeri seçilərkən gələcəkdə ətrafda yerləşən
Çərəkə, Çərəcə, Mallı-şıxlı, Müskürlü kimi kəndlərin də eyni
avadanlıqdan qidalanması nəzərə alınıb.

Teqlər: