Nazir Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edib (FOTO)

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Ağstafada vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Görüşdə Ağstafa ilə yanaşı, Qazax və Tovuz rayon sakinlərinin
nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı
və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin
tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar
nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi
yerində həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə
aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq
müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, vətəndaşlarla görüş mərkəzi icra hakimiyyəti
orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci
ilin mart ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu
cədvəlinə əsasən təşkil olunub.

Teqlər: