Nazir bayram münasibətilə əsgərlərlə görüşdü

Nazir bayram münasibətilə əsgərlərlə görüşdü

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edib.  

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.

Əməliyyat şəraiti barədə məruzələri dinləyən Müdafiə naziri, bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib.

Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb.