Nazir qızılca ilə bağlı son vəziyyətdən danışdı

Nazir qızılca ilə bağlı son vəziyyətdən danışdı

Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir.

AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-təkdir:

“Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-9 il bundan əvvəl verdiyi qərarların nəticəsidir. Xəstəliyin artımı müəyyən müddətə izlənilməlidir. Hazırda alınan rəqəmlər bizə onu deyir ki, böyük pandemiya təhlükəsi görmürük”.

Teqlər: