Türkiyə regional və qlobal problemlərin həlli üçün sıx diplomatiyanı və müzakirələri qətiyyətlə davam etdirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati taxıl dəhlizi ilə bağlı açıqlamasında deyib.
“Qlobal ərzaq qiymətlərində enmə tendensiyasının müşahidə olunması heç şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğanın təsiridir. Dünyaya nəfəs aldıran bu razılaşmanın müzakirə mərhələsində Türkiyənin üzərinə götürdüyü strateji rol və diplomatik nailiyyət olduqca mühümdür”, – deyə nazir bildirib.