Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinə yeni rəis təyin edilib.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Fuad Bəbir oğlu İlyasov təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.