Nazir Pərviz Şahbazov ilə Avropa İttifaqının komissarı ilə görüşüb

Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz
Şahbazov ilə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə
komissarı Oliver Varhelyi arasında görüş keçirilib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə Azərbaycan və
Avropa İttifaqı arasında enerji dialoquna dair məsələlər müzakirə
edilib. Enerji dialoqunun Cənub Qaz Dəhlizinin yeni enerji
bazarlarına doğru genişlənməsini, dekarbonizasiya, enerji keçidi və
bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin
ixracı, hidrogen və enerjinin saxlama texnologiyaları üzrə
əməkdaşlığı əhatə edən istiqamətləri üzrə intensiv təmasların
vacibliyi vurğulanıb. Həmçinin Cənub Qaz Dəhlizinin
genişləndirilməsi çərçivəsində Qərbi Balkanlara potensial qaz
tədarükündən irəli gələn məsələlərin həlli məqsədilə Avropa
Komissiyası və Qərbi Balkan ölkələri ilə dialoqun davam etdirilməsi
razılaşdırılıb.

Teqlər: