Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu
gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində
yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin
obyektə gəlib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirə baş vermiş
hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan
səbəbləri barədə yerində ətraflı məlumat verilib.
K.Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv
araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.