Gəncə-Daşkəsən Mədəniyyət İdarəsində rəhbər vəzifələrə yeni təyinatlar olub.
AzerTimes xəbər verir ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Pərvin Kazımov təyin olunub.
Gəncə-Daşkəsən Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə rəhbəri vəzifəsinə Vüsal Rzayev, Samux rayon üzrə rəhbər vəzifəsinə isə Vaqif Əjdərli gətirilib.
Qeyd edək ki, P.Kazımov bir müddət həmin vəzifədə əvəzedici kimi, digərləri isə Gəncə ASAN xidmət mərkəzində məsul vəzifələrdə çalışıblar.