Xəbər - Çingiz Səfərli – Trend:
Bu gün ölkədə əsas problemlərdən biri internetin dayanıqlı və davamlı olmamasıdır.
AzerTimes xəbər verir ki, bunu “Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” adlı konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, bununla bağlı müxtəlif regionlardan şikayətlər daxil olur:
“Hazırda ölkəmizdə İT infrastrukturu iqtisadi potensialımızı tam şəkildə realizə etməyə imkan vermir. Bununla bağlı cənab Prezindetin tapşırığı var. 2024-cü ilin sonuna qədər respublikada genişzolaqlı internetlə təmin edilməmiş şəhər qalmayacaq”.
Twitter: @cingizsafarli