Yenilənmiş makroiqtisadi proqnozlara uyğun olaraq, xam neftin orta illik barreli üçün qiymətin 85 dollar olacağı proqnozlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.
Nazir əlavə edib ki, ötən il 2022-ci il üçün dövlət büdcəsi qəbul olunarkən neftin bir barelinin qiyməti 50 dollar proqnozlaşdırılmışdı.