Nazirlə vida mərasimi keçirilir

Nazirlə vida mərasimi keçirilir

Mərhum Energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi “Quran” oxunması ilə başlayıb.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edirlər.

Vida mərasiminin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

natiq-aliyev-vida-merasimi